Avtobus qəzasında 22 nəfər yaralandı

  • 21:37
  • 1215 Baxış
Avtobus qəzasında 22 nəfər yaralandı
Rusiyanın Perm vilayətində avtobusun dirəyə çırpılması nəticəsində bir nəfər ölüb, 22 adam yaralanıb.



BakuPost-un Rusiya mediasına istinadən məlumatına görə, avqustun 17-də Perm vilayətinin Orconikidze rayonunda marşrut avtobusu dirəyə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir.



Hadisə ilə bağlı araşdırma aparılır.