Ru
21:10 / 24 Avqust 2019

Avtobusun körpüdən aşması nəticəsində 8 nəfər öldü

3507
Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. Bakupost "TASS” agentliyinə istinadən xəbər verir ki, avtoqəza yerli vaxtla saat 14:30-da şəhərlərarası şossedə baş verib. Bildirilir ki, avtobus aşıb və körpünün kənarındakı çəpəri də sındıraraq kanala düşüb. Altı nəfər hadisə yerində, digər iki nəfər isə xəstəxanada keçinib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Yerli rəsmilərin sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər