Ru
11:56 / 29 Dekabr 2019

Aydın Bəşirov vəfat etdi

Aydın Bəşirov vəfat etdi
9279



Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.


Bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib.


Bildirilib ki, 1947-il təvəllüdlü A.Bəşirov bu gecə Türkiyədə xəstəxanalarınbirində dünyasını dəyişib.


O, iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyata hazırlayırmış, lakin bu, mümkün olmayıb, gözlənilmədən komaya düşüb və ayılmayıb.



Aydın Bəşirov Bakının Güzdək kəndində anadan olub.

Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına layiq görülüb. 2004-cü ilin aprelində Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq assosiasiasının (BINSA-nın) VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar