Aydın Quliyev televiziya açır - VİDEO

2993
Bakı-Xəbər qəzetinin baş redaktoru, tanınmış jurnalist Aydın Quliyev internet televiziyası açır.

BakuPost xəbər verir ki, bu barədə "AzTV-də yayınlanan "Nəsillərin debatı” verilişində baş redaktorun özü məlumat verib. Bildirib ki, rəhbəri olduğu qəzet daim inkişaf edir, yeni-yeni uğurlara imza atır: "Qəzetimizin internet saytı yaradılıb və televiziyası da yaradılacaq”.

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən A.Quliyev internet televiziyasının açılması üçün hazırlıq içlərinin başladığını deyib. Televiziyanın nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala isə belə cavab verib: "Biz bu işlə ciddi şəkildə məşğuluq. Amma fəaliyyətə nə vaxt başlayacağımızı hələlik demək istəmirəm. İşlər yekunlaşanda mətbuata məlumat veriləcək”.

A.Quliyevin televiziya açacağı ilə bağlı anonsunu təqdim etdiyimiz videonun 42-ci dəqiqəsində (saniyə: 23–32) izləyə bilərsiniz: 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər