Ru
13:28 / 06 Dekabr 2024

10 ayda Bakıda bu qədər pul xərcləndi

10 ayda Bakıda bu qədər pul xərcləndi
3289

2024-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28242,5 milyon manat olub.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16008,8 milyon manat təşkil edib.

Qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12233,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar