Qazaxıstanın Taraz şəhərində Kıdıralı Kızdarbək adlı məktəbli yanan evdən iki körpəni xilas edib.
Bakupost.az "Sputnik Qazaxıstan"-a istinadla xəbər verir ki, 10-cu sinif şagirdi olan yeniyetmə hadisə zamanı məktəbdən evə qayıdırmış. O, yanğın baş verdiyini görüb və qışqırıq səslərini eşidib. Dərhal alov və tüstü bürüyən mənzilə girərək otaqlardan birindəki besikdə yatan körpəni xilas edib: "Yanımda olan biri ilə (tələsdiyimdən kim olduğunu görə bilmədim) beşiyi qucağımıza alıb qapıya tərəf yüyürdük"- deyə yeniyetmə hadisəni danışıb.
O bildirib ki, qaçan məqamda nəyinsə üstünü tapdağını hiss edib. Əyilib baxanda yerdə ağlayan daha bir körpənin əlini basdığını görüb. Cəsarətli yeniyetmə ikinci körpəni də qucağına alaraq onları yanan mənzildən çıxarıb. O, uşaqları ətrafdakı insanlara verib mənzildə qalan digər şəxsin - azyaşlıların anasını xilas etmək üçün geri qayıdıb. Xoşbəxtlikdən həmin an başqa iki nəfər uşaqların anasını çıxarıb.
Qeyd edək ki, 15 yaşlı Kıdıralı çoxuşaqlı ailədəndir. O, idmanla məşğuldur və hərbçi olmağı arzulayır.