Ru
15:36 / 29 Mart 2025

10 gün əvvəl kanalda batan qızın meyiti tapıldı

10 gün əvvəl kanalda batan qızın meyiti tapıldı
Eye

Bərdədə kanalda batan 17 yaşlı qız 10 gün sonra tapılıb.

Bakupost.az xəbər verir ki, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat verilmişdir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirib.


Bu gün kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızı Qarabağ kanalının 2 km məsafədə aralıdan rayonun Qaraqoyunlu kəndi ərazisindən polis əməkdaşları tərəfindən tapılıb.

G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar