Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:44 / 12 Noyabr 2024

10 ildən bir çiçəkləyir, qoxusu dözülməz olur - Cəsəd çiçəyi

893
Avstraliyada hər 10 ildən bir çiçək açan "mərci çiçəyi"ni görmək üçün minlərlə insan sıraya düzülür.

Bakupost.az "ABC Australia"ya istinadən məlumat verir ki, Geelonq Botanika Bağındakı bitki yaydığı iyrənc qoxuya görə "cəsəd çiçəyi" adlandırılır. Hazırda o, yenidən çiçək açıb.

Solmamışdan əvvəl bu çiçəyi görmək istəyən minlərlə insan Botanika bağının qarşısında izdiham yaradıb.

Bundan başqa, çiçəyin görüntülərinin paylaşıldığı canlı yayım son 2 gündə on minlərlə insan tərəfindən izlənilib.

Botanika Bağının Koordinatoru Kelle Reissinger deyib ki, çiçək "ölü dovşan kimi iylənir".

Qeyd olunur ki, kəskin qoxusu olan bitkinin çiçəyinin ömrü 24-48 saatdır.

Elcan, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar