Ru
09:52 / 16 Noyabr 2024

10 körpə yanaraq öldü - Hindistanda dəhşətli yanğın

10 körpə yanaraq öldü - Hindistanda dəhşətli yanğın
Eye

Hindistanda noyabrın 15-i axşam saatlarında Uttar Pradeş ştatında xəstəxanada baş verən yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.


İlkin məlumata görə, yanğına səbəb Chansidəki Maharani Lakshmibai Tibb Kollecinin neonatal reanimasiya şöbəsində baş verən qısaqapanma olub.

Müxtəlif mənbələrə görə, həkimlər palatadakı pəncərələri sındıraraq 37-dən 44-ə qədər uşağı xilas edə biliblər. Onlar tibb müəssisəsinin əməkdaşları ilə birlikdə körpələri evakuasiya etmək üçün pəncərələri sındırıblar. Orada ümumilikdə 54 uşaq olub.

Xilas edilən uşaqların vəziyyəti müxtəlifdir. Bəziləri ümumiyyətlə xəsarət almayıb, digərlərinə tibbi yardım lazım olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar