Ru
10:10 / 23 Yanvar 2025

10° şaxta olub - FAKTİKİ HAVA

10° şaxta olub - FAKTİKİ HAVA
Eye


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar