Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:18 / 30 Oktyabr 2024

1000-dən çox yazıçı İsraili baykot etdi

545
“Nobel” və “Pulitzer” mükafatı laureatları da daxil olmaqla, mindən çox yazıçı İsrailin nəşriyyat sənayesinə qarşı tarixin ən böyük mədəni boykotuna qoşulub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, yazıçılar İsrailin Fələstinə hücumuna etiraz olaraq bəyanatla çıxış ediblər.

Bəyanatda bildirilib ki, nəşriyyat sənayesinin “21-ci əsrin ən dərin mənəvi, siyasi və mədəni böhranı” ilə necə üzləşdiyi ətraflı şəkildə izah edilib. Fələstin Ədəbiyyat Festivalı, eləcə də “Books Against Genocide” və “Fossil Free Books” kimi digər kampaniya qrupları tərəfindən hazırlanan məktubda Qəzzadakı vəziyyət təfərrüatı ilə əks etdirilib.

Qeyd edilib ki, çox vaxt birbaşa dövlətlə işləyən İsrail mədəniyyət qurumları onilliklər boyu milyonlarla fələstinlinin mülklərindən məhrum edilməsinin və zülmə məruz qalmasının sənət vasitəsilə ört-basdır edilməsində mühüm rol oynayıb.

Bəyannaməni imzalayanlar arasında “Nobel” mükafatı laureatları Əbdülrəzzaq Qurna, Anni Erno, “Pulitzer” mükafatı laureatı Viet Txan Nquen, Junot Diaz, builki “Buker” mükafatı namizədləri Perkival Everet, Reyçl Kuşner və digər tanınmış müəlliflərin adları var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar