ABŞ-ın Oqayo ştatında yaşayan 102 yaşlı əkiz bacılar eyni vaxtda necə bu qədər yaşadıqlarının sirrini açıqlayıb.
Bakupost.az xəbər verir ki, Merilin və Madelin növbəti ad günlərini doğmaların ətrafında qeyd ediblər. İnsanları onların ikisinin də belə gümrah və uzun ömürlü olması maraqlandırır.
Bacılar bildirib ki, eyni dalğada olmağa uşaqlıqdan alışıblar. Hətta ayrı –ayrı şəhərlərdə yaşasalar da çox zaman eyni hərəkət, qərar və seçimləri ilə yaxınlarını təəccübləndiriblər.
“Məsələn, biz bir gün eyni yeməyi bişirərdik. Bİr-birimizdən xəbərsiz eyni pərdədən alardıq. Uzun ömürlülük sirrimiz isə axşam yeməyində alkoqol kokteyli ola bilər.
Amma zarafatsız, insanlara nifrətsiz, kinsiz, mərhəmətli davranmaqdır. Biz həyata güvənmişik”.
Aygün Musayeva
BakuPost