Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:31 / 01 Noyabr 2024

114 yaşlı qadın uzunömürlü olmağın sirlərindən danışdı

2232

114 yaşlı qadın Şimali Amerikada yaşayan ən yaşlı insan olub.


Bakupost.az xəbər verir ki, bu barədə "NBC News" yazır.


Pensilvaniya ştatının "West Salem" şəhərindəki qocalar evinin sakini "Naomi Whitehead" 22 oktyabr 2024-cü ildə vəfat edən Texas ştatından olan Elizabet Frensiskin ölümündən sonra qitənin ən yaşlı qadını olub. O 1910-cu ilin sentyabrında Corciyadakı bir fermada anadan olub. Ərindən və üç oğlundan çox yaşayıb. O, uzunömürlülüyünün sirri kimi yaxşı genləri və müxtəlif hobbiləri göstərib. Qadın hələ də yemək bişirməyi, çörək bişirməyi, rəsm çəkməyi və musiqi dinləməyi sevir.

2023-cü ilin sentyabrında verdiyi müsahibədə o qədər uzun yaşamaq üçün qarşısına məqsəd qoymadığını söyləyib.

Qadının mütəmadi olaraq ona baş çəkən nəvələri var.

Yusif,
Bakupost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar