1907-ci ildə xüsusi olaraq yarışlar üçün istehsal edilən Itala120 HP idman avtomobili 2025-ci ildə Mayamidə hərraca çıxarılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə RM Sotheby's hərrac şirkəti öz saytında məlumat yayıb.
İdman avtomobili 15 litrdən çox mühərrik həcminə və 120 at gücünə malikdir.
Hərrac evinin əməkdaşları qeyd edirlər ki, hazırda bu avtomobildən yalnız iki ədəd qalıb və hərraca çıxarılacaq nümunə hələ də işlək vəziyyətdədir. Avtomobilin qiyməti 2-3 milyon dollar arasında dəyişəcək.
Bildirilib ki, məhz bu model idman avtomobili istehsal edildiyi ilk illərdə bəzi Avropa avtoyürüşlərində iştirak edib, lakin avtomobil yalnız 1916-cı ildən sənədləşdirilib.
İdman avtomobili britaniyalı sürət rekordçusu Henri Sigrave məxsus olub. İ1965-ci ildə isə Indianapolis muzeyinin kolleksiyasına daxil edilib. Həmin vaxt avtomobil bərpa edilib və orijinal görünüşünə qaytarılıb.
Avtomobilin 117 yaşında olmasına və XX əsrin əvvəllərindən fəal istifadə edilməsinə baxmayaraq, onun orijinal mühərriki, dörd pilləli sürət qutusu, şassisi və bir sıra digər komponentləri hələ də saxlanılıb.
Lalə Novruz, BakuPost