Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:37 / 16 Dekabr 2024

12 azərbaycanlı dənizin ortasında ac-susuz qalıb - DETALLAR

1132
İçərisində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu türk gəmi sahibinə məxsus gəmi Kerç boğazında çətin vəziyyətə düşüb: onlar dənizə çıxa bilmirlər, su və yeməklər tükənir.

Bakupost.az xəbər verir ki, bu barədə TASS Rusiya Dənizçilərin Həmkarlar İttifaqına istinadən bildirib.

“Syerra Leone bayrağı altında üzən “Lady Fortune” gəmisinin heyəti bir neçə gün əvvəl Kerçdən ayrılıb və Türkiyəyə yola düşüb. Lakin bu mümkün olamyıb - su demək olar ki, qurtarıb, yemək də tükənmək üzrədir. Gəminin texniki vəziyyəti, çətin hava şəraiti və işəgötürənin biganəliyi situasiyanı daha da mürəkkəbləşdirir. 6 aydır ki gəminin heyətinə əmək haqqı ödənilmir”, - deyə Həmkarlar İttifaqının nümayəndəsi TASS-a bildirib.

O, qeyd edib ki, gəmidə 13 nəfər var: ekipaj üzvlərindən biri Türkiyə, qalanları isə Azərbaycan vətəndaşıdır.

“İndi onlar Kerç boğazındadırlar, fəlakət siqnalı göndərdilər, lakin bu, pis hava şəraiti ilə deyil, məhz onların ac olmaları ilə əlaqədardır, çünki ekipaj beynəlxalq dənizçilər ittifaqı ilə əlaqə saxlaya bilmir, onlar bizə müraciət ediblər ”, - deyə Rusiya Dənizçilərin Həmkarlar İttifaqının nümayəndəsi bildirib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar