Ru
11:34 / 26 Mart 2025

13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu

13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
Eye

“Neçə gündür Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsi gündəmi zəbt edib”.

Bakupost.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.

K.Ağazadə bildirib ki, indi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir:

“Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar