Ru
16:56 / 08 Aprel 2025

14 yaşlı qızı BMW-nin altına itələdi - DƏHŞƏTLİ GÖRÜNTÜ

14 yaşlı qızı BMW-nin altına itələdi - DƏHŞƏTLİ GÖRÜNTÜ
Eye

Rusiyanın Nijnekamsk şəhərində yeniyetmə 14 yaşlı məktəbli qızı BMW-nin altına itələyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Nijnekamsk. Now” Telegram kanalı məlumat yayıb.

"Bir qrup yeniyetmə sakitcə səki ilə gedərkən onlardan biri əylənmək üçün dostunu yoldan keçən avtomobilin təkərləri altına itələmək qərarına gəlib. Oğlanın reaksiyası göstərir ki, qıza zərər vermək istəməyib - bu, sadəcə, axmaq zarafat idi", - deyə Teleqram kanalı bildirib.

Hadisə küçədəki kamera tərəfindən lentə alınıbb. Kadrlarda bir neçə nəfərin səki ilə getdiyi, bu zaman yeniyetmələrdən birinin məktəbli qızı yoldan keçən qara rəngli avtomobilin altına itələdiyi görünür. Videodan məktəbli qızın zərbədən geri uçduğu da aydın olur.

Məlumata görə, qəza nəticəsində Nijnekamsk sakini olan qız xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Zaur,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar