Ru
09:20 / 28 Dekabr 2024

Mingəçevirdə yeniyetmə qonaq gəldiyi evdə vəfat etdi

Mingəçevirdə yeniyetmə qonaq gəldiyi evdə vəfat etdi
Eye

Rusiyadan Mingəçevirə qonaq gələn 14 yaşlı uşaq qəfil dünyasını dəyişib.

Bakupost.az-ın məlumatına görə, hadisə gecə saatlarında Ş.İ.Xətai küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Rusiya vətəndaşı Yusifov Aslan Asif oğlu qonaq olduğu evdə dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələ ki, məlum deyil.

İlkin məlumata görə, ölümündən öncəki son saatlarda ölən yeniyetmə yaxınları ilə birgə şəhərin tanınmış restoranlarından birində şam edib.

Faktla bağlı araşdırma başlanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar