Ru
11:45 / 15 Yanvar 2025

Bakıda itkin düşən 15 yaşlı qız tapıldı - YENİLƏNDİ

Bakıda itkin düşən 15 yaşlı qız tapıldı - YENİLƏNDİ
Eye


Yanvarın 13-də yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedən və bir daha geri qayıtmayan Neyjan İmaməddin qızı Hüseynova tapılıb.


Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


"Barəsində axtarış elan edilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib",- deyə məlumatda bildirilib.

***

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.


Bakupost.az xəbər verir ki, Binəqədi rayon sakini Samirə Məmmədova onunla eyni ünvanda yaşayan qızı 2010-cu il təvəllüdlü Hüseynova Neyjan İmaməddin qızının yanvarın 13-də, saat 10:00 radələrində yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hazırda faktla bağlı Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılır.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar