Dünyanın ən varlı üçüncü adamı olan və "Omaha kahini" ləqəbi ilə tanınan milyarder Vorren Baffett 94 yaşında vəsiyyətini açıqlayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 150 milyard dollarlıq sərvətinin 99,5%-ni xeyriyyə təşkilatlarına bağışlayan Baffetin mirasının bölüşdürülməsinin 10 il çəkəcəyi bildirilib.
Amerikanın ən məşhur iş adamlarından olan Buffet mövzu ilə bağlı yazdığı məktubda sərvət xanədanlığı yaratmaq niyyətində olmadığını və belə sərvətlərin şəxsi inkişafı zəiflədərək münasibətləri mürəkkəbləşdirə biləcəyini qeyd edib:
"Nəsil yaratmaq və ya uşaqlarımın hüdudlarını aşan bir plan qurmaq heç vaxt istəmədim. Üçünü də çox yaxşı tanıyıram və onlara tamamilə güvənirəm. Gələcək nəsillər isə tamam başqa bir məsələdir."
Baffet, uşaqlarının yaşlarının 66, 69 və 71 olduğunu vurğulayaraq vaxtın həmişə qalib gəldiyini bildirib:
“Bəzən həyat doğuşda və ya bir az sonra sona çatır, bəzən isə 100 il qədər uzun ola bilir. İndiyədək şanslı olmuşam. Lakin mənim üçün çətin olan məqam budur ki, uşaqlarımın yaşları 66, 69 və 71-dir. Onların mirası bölüşdürməsi 10 il çəkəcək".
Rəhman Mirzəlizadə, BakuPost