Mingəçevirdə yeniyetmə oğlan dəm qazından zəhərlənib.
Bakupost.az xəbər verir ki, hadisə Günəşli yaşayış massivində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Hacıqabul rayon sakini Rzazadə Akif Xəqani oğlu dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Ətrafdakıların köməyi ilə zəhərlənən gənc xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi müdaxilədən sonra onun durumu stabilləşib.