Rusiyanın Zabaykalye diyarında yeniyetmə qız yol kənarındakı yeməkxananın tualetində körpəsini dünyaya gətirib.
Bakupost.az xəbər verir ki, bu barədə Chita.ru mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, körpənin anası 17 yaşındadır və hazırda kollec tələbəsidir. Körpənin atasının kim olduğu məlum deyil.
Körpə, Pervomayski qəsəbəsindən Çitaya gedən avtobusun yol kənarındakı kafedə dayanmasından sonra orada aşkar edilib .Uşağı xilas etmək mümkün olmayıb.
Şahidlərin dediyinə görə, tələbənin sancısı avtobus salonunda yaranıb, buna görə də o, kafeyə gedib. Bir müddət sonra avtobusa qayıdaraq yoluna davam edib. Naməlum səbəblərdən, qızın davranışı sürücünü şübhələndirib.
Hazırda müstəntinqlər yeniyetmə ilə maraqlanır. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Lalə Novruz