Xəbər verdiyimiz kimi, ötən ilin 7 noyabrından etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşı uzunmüddətli danışıqlardan sonra bu il martın 24-də azadlığa buraxılaraq, ölkəmizə geri gətirildilər.
Qeyd edək ki, Bakıdan 2024-cü 19 sentyabr tarixində çıxan gəmilər BƏƏ-nin Əbu-Dabi şəhəri yaxınlığında baş tutacaq layihə işlərinə cəlb olunmaq məqsədi ilə həmin istiqamətə hərəkət etmiş, Süveyş kanalını keçdikdən sonra Yəmən dəniz nəqliyyatı agentliyindən aldıqları təlimata əsasən, yəni həmin ölkənin sularında hərbi risklər olduğuna görə Eritreya istiqamətinə yönləndirilmişdilər. Daha sonra onlar Eritreyanın sahil mühafizə qoşunları tərəfindən saxlanılmışdı.
4 aydan çox girov saxlanılan gəmilərdən birinin kapitanı Ramil Muradov BTV-yə həmin müddətdə nələr yaşadıqlarından danışıb.
Ətraflı videoda....