ABŞ-da, Rod-Aylend ştatında yaşayan bir ailə evdə onilliklər ərzində köhnə ayaqqabı qutusunda saxlanılan 1795-ci ildə buraxılmış nadir bir dollar aşkar edib.
Bakupost.az xəbər verir ki, bu barədə West Alabama Watchman yazır.
Bu dollar, ABŞ federal hökuməti tərəfindən buraxılan ilk sikkədir. O, XVIII əsrin sonlarında ölkədə populyar olan ispan pesosundan ilham alınaraq hazırlanıb.
Dollar yeddi nəsil boyunca nəsildən-nəslə keçib. Lakin onun dəyəri haqqında heç kim bilməyib. Sikkə ayaqqabı qutusunda digər xatirə əşyaları ilə birlikdə saxlanılıb.
Mütəxəssislər bildiriblər ki, dollar XVIII əsrin sonu və ya XIX əsrin əvvəllərindən qalma olub, çünki əla vəziyyətdədir. Onun dəyəri ən azı 100 min dollar olaraq qiymətləndirilir.
Hazırda kolleksiyaçılar yalnız 100-ə yaxın belə sikkənin olduğunu bilirlər. Sikkə 15 dekabrda Kaliforniya ştatında hərraca çıxarılacaq. Onun mükəmməl vəziyyəti və tarixi dəyərinin potensial alıcılar arasında maraq doğuracağı gözlənilir.
Lalə, Bakupost