***
15:29
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.
Bakupost.az xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.
Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.
Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub.
Məsələ araşdırılır.
Aygün
BakuPost
***
17:22
182 nömrəli tam orta məktəbdən Bakupost.az -a bildirildi ki, bu gün təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb:
"Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.
Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər".