Ru
13:55 / 22 Noyabr 2024

2 ay əvvəl həlak olan azərbaycanlı hərbçinin nəşi tapıldı - FOTO

2 ay əvvəl həlak olan azərbaycanlı hərbçinin nəşi tapıldı - FOTO
Eye

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar