Ru
10:34 / 20 İyul 2024

2-ci Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici jurnalistlər Füzuliyə yola düşdü - VİDEO

4543
Xəbər verdiyimiz kimi, iyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək.

Bakupost.az xəbər verir ki, müxtəlif ölkələrdən olan nümayəndələr Forumda iştirak etmək üçün Bakıdadılar.

Onlar Şuşaya getmək üçüm Füzuli hava limanına yola düşürlər.

Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar