"Bakubus" şirkəti "20 Yanvar"-Sumqayıt marşrutu üzrə yeni ekspress avtobus xətləri açmağa hazırlaşır.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu məqsədlə 30-dan çox avtobus ayrılıb. Həmin avtobusların yanvar ayından etibarən fəaliyyətə başlayacağı gözlənilir. Ödənişin nağd şəkildə 1 manat, "M10" vasitəsilə 70 qəpik olacağı bildirilir.
"Bakubus" şirkətinin mətbuat katibi Əsmər Əliyeva
Bakupost.az -a açıqlamasında məsələ ilə bağlı məlumatı olmadığını bildirib:
"Mən bu barədə hələ heç nə deyə bilmərəm, çünki məlumat təsdiqlənməyib. Xəbər rəsmi olduğu halda, biz sosial şəbəkə hesablarımızda məlumat paylaşacağıq. Təsdiqlənəndən sonra sizə açıqlama verə bilərəm".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov isə saytımıza bildirib ki, təsdiqlənmiş məlumat əldə edildikdə, ictimaiyyətə rəsmi açıqlama veriləcək.
Lalə, BakuPost