Ru
22:34 / 29 Dekabr 2024

2025-də evlənmək üçün ən uğurlu və uğursuz günlər

2025-də evlənmək üçün ən uğurlu və uğursuz günlər
2064

Astroloqlar 2025-ci ildə evlənmək üçün ən uğurlu və uğursuz günləri açıqlayıblar.

Bakupost.az həmin tarixləri təqdim edir.

2025-ci ildə evlənmək üçün ən uğurlu günlər:

8 yanvar: Bu günün sabit və uzunömürlü birliyə uyğun enerjisi olacaq. Venera romantik və sakit bir atmosfer təmin edəcək.

1 fevral: Ay, Neptun və Şimal Düyünü "ideal zaman" mesajı verir. Sevgi planeti Venera və Yupiterin harmoniyası bu günü xüsusi edəcək.

6 iyun: Bu gündə Ay harmoniya və balans gətirəcək. Mars günə ehtiras qatacaq. Yupiter isə tədbiri müsbət enerji ilə dolduracaq.

2025-ci ildə evlənmək üçün ən uğursuz dövrlər:

Venera geriləməsi (1 mart – 12 aprel): Bu dövr münasibətlərdə həssaslıq yarada, problemlərin yenidən üzə çıxmasına səbəb ola bilər.

Merkuri geriləməsi (15 mart – 7 aprel, 18 iyul – 11 avqust, 9 noyabr – 29 noyabr): Yanlış anlaşılmalar və gecikmələr mümkündür.

Tutulmalar (14 mart, 29 mart, 7 sentyabr, 21 sentyabr): Gözlənilməz dəyişikliklər və qarışıqlıq ehtimalı var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar