Ru
12:25 / 13 Fevral 2025

"2027-ci ilədək Ermənistanla sülh sazişi olmayacaq" - Açıqlama

"2027-ci ilədək Ermənistanla sülh sazişi olmayacaq" - Açıqlama
988

Rusiya Azərbaycanla normallaşma prosesinin bütün istiqamətlərində vasitəçi tərəf rolundan çıxarıldı. Artıq Rusiya nə sülh sazişi danışıqlarında, nə sərhədlər üzrə danışıqlarda, nə də kommunikasiyaların açılmasında iştirak edir. Üstəlik, Ermənistan "daha ehtimal etmirik ki, Rusiyanın danışıqlarda iştirakı mümkün olsun" kimi açıq bəyanat verdi. Rusiya işlərin bu gedişi ilə əslində barışmağa məcbur olduğunu etiraf etdi. Peskovun sözlərini yada salaq - biz normallaşmaya hər cür dəstək verməyə hazırıq, ancaq tərəflərin müstəqil işləmək istədiklərinə hörmətlə yanaşırıq. Yəni bu o deməkdir ki, Ermənistanın danışıqlarda bizim işturakımızı istəmədiyini qəbul edirik. Zatən Rusiyanın edə biləcəyi bir şey qalmayıb. Uzaq başı SSRİ dövrünün xəritələrini verməyəcək, vəssalam”.

Bu fikirləri Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev deyib.


O bildirib ki, sülh sazişinin imzalanması üçün çox vacib olan şərtlərin icrasından açıq mətnlə imtina edib:

“Paşinyan ABŞ-də dedi ki, saziş mətninin razılaşdığımız 15 maddəsi ərazi iddialarının ortadan qalxmasına təminat verir. Yəni demək istədi ki, konstitusiyamızı dəyişməyəcək və ərazi iddialarından imtina etməyəcəyik. Azərbaycanın vacib şərti olan sərhədlərdə 3- cü qüvvələrin hərbçilərinin olmaması məsələsi kənara atıldı. Belə ki, Ermənistan Avropa Birliyi missiyasının Azərbaycanla sərhəddə daha 2 il fəaliyyət göstərməsini rəsmiləşdirə bildi. Missiya 2027- ci ilədək sərhədlərdə fəaliyyət göstərəcək və deməli, ən tezi 2027-ci ilədək saziş olmayacaq”.

Aydın Quliyev vurğulayıb ki, Ermənistan sürətlə silahlanmaqda davam edir. Qərblə, ilk növbədə ABŞ və Fransa ilə strateji əlaqələr möhkəmləndirilir. Bütün bunlar bölgəmizdə sülh prosesinin faktiki olaraq dayandırıldığı anlamına gəlmək üçün kifayətdir.

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar