Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:05 / 14 Noyabr 2024

23 yaşlı gəncin şübhəli ölümü: Son paylaşımı diqqət çəkdi

889

İstanbulun Kağıthanə rayonunda boş bir sahədə başından silahla vurulmuş halda tapılan 23 yaşlı Oğuzhan Aykaç aparıldığı xəstəxanada vəfat edib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Hamidiye məhəlləsində baş verib.

Məlumata görə, bir müddətr 23 yaşlı Oğuzhan Aykaçdan xəbər ala bilməyən yaxınları onun istifadə etdiyi şirkət avtomobilinin GPS siqnalları vasitəsilə yerini müəyyən ediblər. Avtomobilin boş sahədə dayandığını öyrənərək polisə xəbər veriblər. Həmçinin həmin ərazidən silah səsi eşidildiyi barədə də məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları, başından vurulmuş Aykaçın hərəkətsiz vəziyyətdə uzandığını görüblər. Ağır yaralı halda olan gənc təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Aykaç əməliyyat zamanı vəfat edib. Hadisə yerində aparılan araşdırmalar zamanı polis sənədsiz bir tapança da aşkar edib.

Davam edən araşdırmalar zamanı məlum olub ki, Oğuzhan Aykaç hadisədən təxminən iki saat əvvəl sosial media hesabında türkü dinləyərkən bir video paylaşaraq "Allaha əmanət olun" deyib. Polis Aykaçın ölüm səbəbini və hadisənin təfərrüatlarını araşdırmağa davam edir

Lalə Novruz, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar