Mahaçqala sakini burun çəpərini düzəltmək məqsədilə etdirdiyi əməliyyat zamanı həyatını itirib.
Bakupost.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Yayılan məlumata görə, 23 yaşlı rus qadın özəl klinikaya müraciət edib. Təyin edilmiş gündə o, LOR cərrahına gedib və həkim anesteziya tətbiq edib. Birdən-birə xəstənin nəbzi və təzyiqi düşüb. Bütün cəhdlərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.
Qızın 30 ildır həkim işləyən atası polisə şikayət edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Lalə Novruz, BakuPost