Ru
19:02 / 21 Sentyabr 2024

27 yaşlı gənc sevdiyi qıza görə canına qəsd etdi

715
Hacıqabul rayonunda 27 yaşlı Sultan Babayev sevdiyi qıza görə keçirdiyi sarsıntı səbəbindən həyatına qəsd edib.

Bakupost.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında meşəlik ərazidə baş verib.

S.Babayev əvvəllər polis nəfəri kimi mühafizə alayında xidmət edib. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz müraciəti əsasında işdən çıxıb.

Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mərhum 3 bacının bir qardaşı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar