Ru
16:35 / 02 İyul 2024

270 gün davam edən müharibə... - Can itkisi 37 min 925-ə çatdı

1268
Qəzzada can itkisi 37 min 925-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə nazirliyi 270 gündür davam edən hücumlarla bağlı məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 25 fələstinlinin həyatını itirdiyi, 81 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 925-ə, yaralıların sayı isə 87 min 141-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər