Ru
16:56 / 12 Mart 2024

“28 May”​ metrosu ətrafında bu yeniliklər olacaq - FOTO

“28 May”​ metrosu ətrafında bu yeniliklər olacaq - FOTO
8735

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May”​ metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

Bakupost.az agentliyə istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək: “Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.


AYNA-dan bildirilib ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

“28 May”​ metrosu ətrafında bu yeniliklər olacaq - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar