Ru
00:30 / 24 Yanvar 2025

3 dəfə künc zərbəsindən qol buraxmaq ağır gəlir - Qurbanov

3 dəfə künc zərbəsindən qol buraxmaq ağır gəlir - Qurbanov
575

Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir.

Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FKSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

"Öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FKSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsümkü çıxışlarımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FKSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar