Ru
12:37 / 25 Aprel 2025

3 saylı internat məktəbində YANĞIN

3 saylı internat məktəbində YANĞIN
Eye

3 saylı respublika xüsusi internat məktəbində yanğın olub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 24-dən 25-nə keçən gecə baş verib.

Yanğın korpuslardan birinin yataq otağından başlayıb. Yataq otağının tamamilə yandığı bildirilir.

Həmin vaxt internatda 52 uşaq olub. Yanğın başlayandan sonra uşaqlar təxliyyə edilib.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər təhlükənin daha böyüməsinin qarşısını alıb.

3 saylı respublika xüsusi internat məktəbindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, yanğın başlayandan dərhal sonra Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və qısa müddətdə yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar