Ru
11:42 / 11 İyul 2024

32 il əvvəl şəhid olanlar Xocalıda dəfn edildi - FOTO

3430
Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubov dəfn ediliblər.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, şəhidlərin nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər bu il martın 31-də rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhraz kəndində anadan olub.

Nemət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
32 il əvvəl şəhid olanlar Xocalıda dəfn edildi -  FOTO
32 il əvvəl şəhid olanlar Xocalıda dəfn edildi -  FOTO
32 il əvvəl şəhid olanlar Xocalıda dəfn edildi -  FOTO
32 il əvvəl şəhid olanlar Xocalıda dəfn edildi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar