Rusiya Ermənistanın da iştirak etdiyi “3+3” məsləhətləşmə formatının işini perspektivli hesab edir.
Bakupost.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Cənubi Qafqazın üç ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç qonşusu - Rusiya, İran və Türkiyə arasında “3+3” məsləhətləşmə formatının işləməsinə maraqlı olduğumuzu təsdiqlədik,” - deyə Lavrov qeyd edib.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan bu təşəbbüs “3+3” adını alıb.
Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata razıdır.
Lalə, BakuPost