Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:00 / 16 İyul 2024

35 yaşında 15 yaşlı uşaq kimi görünən kişinin SİRRİ - FOTO

6575
35 yaşlı yazıçı Brendon Mey 35 yaşında yeniyetmə uşağa oxşayır. Burda səbəb genetika deyil, Brendon özü bəzi tövsiyə və trüklərə əməl edərək xarici görünüşünü gənc saxlayır.

Bakupost.az xəbər verir ki, o, bir neçə həyat tərzi aspektini bölüşüb.

Brendon Günəş şüalarından qaçdığını və qorunduğunu deyib.

Siqaret, içkidən imtina edib, qolları və ayaqları üçün xüsusi əzələ məşqləri edir, bitki tərkibli qidalar, balıq yeyir, ət nadir halda yeyir.

O, etiraf edir ki, görünüşü ilə bağlı həm çətinliklər yaşayır, həm də təəccüblə qarşılaşır.

Daha çox yollarda, hava limanında, sənədlərimi təqdim edəndə, əməkdaşlar şoka düşür, onlar 19 yaşımın olduğunu düşünür.

Kapuşonlu geyim geyinən Brendon həmişə üzünü Günəşdən gizlədir, uzunqol geyim və açıq havada çətirlə gəzir.

“Təkcə fiziki gənclik şərt deyil, daxilən də gənc olmalı, müsbət düşüncədə olmalısan. Mən indi 10 il əvvəlkindən daha gənc görünürəm.

Hesab edirəm ki, bədən beyinə nəzarət edə bilər”.




Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar