Ru
12:33 / 16 Sentyabr 2024

36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif edildi

1066
Sosial şəbəkədə 1500-dən yuxarı paylaşım olub.

Bakupost.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.


O bildirib ki, bunların hamısını araşdırıblar: “Biz ölkəmizin seçicilərinin iradəsinə təsir edənlərin 0 olduğunu göstərməyə çalışacağıq. Bütün araşdırmalar nəticəsində aydın oldu ki, bəzi tədbirlər görülməlidir. Bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb. Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Rövzət Qasımov həmin 36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar