Yaponiyada “Beni-koji” pəhriz dərmanının qəbulu səbəbindən həyatını itirənlərin sayı 4-ə yüksəlib.
Bakupost.az xəbər verir ki, Kobayashi Pharmaceutical Co. Şirkətindən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji”ni qəbul edən daha 2 nəfər ölüb. Bununla da ölənlərin sayı 4-ə çatıb.
Ölənin "böyrək xəstəliyinin əlamətləri olduğunu" bildirilərkən, onlardan birinin 2021-ci ildən, digərinin isə 2022-ci ildən bu dərmanlardan istifadə etdiyi bildirilib.
Araşdırmalar davam edir.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi (MHLW) “Beni-koji” kateqoriyasındakı məhsulların tərkibində zəhərli maddə olduğundan şübhələnir.
Bildirilib ki, nazirlik mərkəzi ofisi cənubda Osaka metropolisində yerləşən şirkətə qarşı araşdırma başlatmağa hazırlaşır.
Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.
1919-cu ildə qurulan Yapon Kobayashi Pharmaceutical Co. əczaçılıq şirkəti çoxlu sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz satır.
Aygün
BakuPost