Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:46 / 17 İyul 2024

4 yaşında satmağa başladı - 11 yaşında milyonçu oldu

5540
4 yaşında limonad satan və 11 yaşında öz brendini quran uşaq sahibkar Mikaila Ulmer indi milyonçudur.

Bakupost.az xəbər verir ki, 4 yaşında öz pulunu qazanmağa başlayan kiçik qızın hekayəsi eşidənləri ruhlandırıb.

Nənəsinin reseptlər kitabını təsadüfən tapan Mikaila Ulmer 1940-cı illərin reseptlər kitabındakı limonada süni dadlandırıcılar əvəzinə bal əlavə etmək qərarına gəlib.

Qısa müddətdə limonad sataraq 'BeeSweet Lemonade' adlı şirkətini quran Mikaila Ulmer, demək olar ki, hər gün limonad satırdı.

Uşaq sahibkar hətta ildə üç dəfə keçirilən yarmarkalarda stend açmağa başlayıb.

8 yaşında ikən məşhur mağazalarda arılarla bağlı seminarlar verən Mikaila Ulmer hazırladığı limonadla məşhurlaşıb.

9 yaşında ikən İngiltərədə yayımlanan bir sahibkarlıq proqramına qatılmağa qərar verən kiçik qız 60 min dollarlıq sərmayə ilə günü-gündən irəliləyib.

"Me&the Bees Lemonade" hər il 360 min şüşə limonad satan və məhsullarını lüks supermarket şəbəkələri də daxil olmaqla məkanlara paylayan brendə çevrilib.
.

Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar