Ru
20:40 / 13 Mart 2025

43 kömür quyusu aşkar olundu - Qanunsuzluq

43 kömür quyusu aşkar olundu - Qanunsuzluq
Eye

Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Quyular qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı aşkarlanıb.

Araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad, Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib edilərək ümumilikdə 12 900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları ləğv edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar