Qazaxda 43 yaşlı kişi dəm qazından zəhərlənib.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini 1981-ci il təvəllüdlü V. Yaqubov yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.