Ru
13:27 / 06 Fevral 2025

"50 gün çəkilişə görə 20 min manat istədim" - VİDEO

"50 gün çəkilişə görə 20 min manat istədim"  - VİDEO
Eye

"Əqrəb mövsümü" serialının ikinci mövsümündə aktyor Hikmət Rəhimov yer almayıb.

Bakupost.az xəbər verir ki, aktyor Azər Aydəmir bununla bağlı video paylaşıb. O, videoda yer alan həmkarı H.Rəhimova "Əqrəb mövsümü 2"də niyə yoxsan? Bu sualla başımı aparıblar" sualını ünvanlayıb.

"Əqrəbdə mən yoxam, sən varsan. Bir az da sən tək ol. Amma mənim şad xəbərim var. Bizim Azərlə həmkar olduğumuz "Mən burada tək olmuşam" filmi var. Film əvvəl televiziyada, daha sonra da yutubda yayımlanacaq" deyə, H.Rəhimov bildirib.

Qeyd edək ki, "Əqrəb mövsümü 2" fevralın 8-də yayımlanacaq. H.Rəhimov ikinci hissədə çəkilməməsinin səbəbinin istədiyi qonorar olduğunu bildirib.

"50 gün çəkilişə görə 20 min manat istədim" deyə, o, açıqlamasında demişdi.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar