Ru
10:37 / 04 Mart 2025

50 yaşlı qadını öldürən məktəbliyə - 10 il cəza

50 yaşlı qadını öldürən məktəbliyə - 10 il cəza
Eye

Ötən ilin avqustunda Sabirabad şəhərində 1975-ci il təvəllüdlü Rəna İmanovanı kəsici alətlə qətlə yetirilməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ramal Qurbanlıya hökm oxunub.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə təqsirli bilinib.

Qeyd edilib ki, Sabirabadın Əsədli kənd sakini olan Ramal 10-cu sinif şagirdi olub və ali məktəbə hazırlaşırmış. O, hazırlığa gedib-gələrkən Sabirabad şəhərində yaşayan 50 yaşlı R.İmanova ilə tanış olub və bir neçə dəfə qadının evində onunla görüşüb. Rənanın tək yaşadığını, pul və qızıllarının olduğunu öyrənən Ramal onu öldürmək qərarına gəlib.

O, Rənanın mənzilinə aldatma yolu ilə daxil olduqdan sonra çoxsaylı bıçaq zərbələri ilə qadını qətlə yetirib və evdən 5700 manatlıq qızıl, telefon götürərək qaçıb. Lakin qısa müddət sonra polisin keçirdiyi tədbirlərlə Ramal Qurbanlı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fevralın 27-də çıxardığı hökmlə Ramala 10 il həbs cəzası verilib. Cəza təyin edilərkən qanunda yetkinlik yaşına çatmayanlara maksimum cəza müddəti tələbi nəzərə alınıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar