Ru
11:22 / 27 Dekabr 2024

6 kiloqram narkotiki Bakıda satmaq istəyirdi - TUTULDU

6 kiloqram narkotiki Bakıda satmaq istəyirdi - TUTULDU
Eye

Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlanıb.

Bakupost.az xəbər verir ki, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb. Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 6 kiloqram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edəki, cari il ərzində Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar