Ru
11:33 / 04 Dekabr 2024

6 nəfərin 34 minə yaxın pulunu ələ keçirdilər - TUTULDULAR

6 nəfərin 34 minə yaxın pulunu ələ keçirdilər - TUTULDULAR
Eye

Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar