Ru
21:20 / 26 İyul 2024

6 nəfərin imtahan nəticəsi ləğv edilib - DİM

1646
İyulun 14-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanında 4 nəfər yüksək nəticə göstərib, 6 nəfərin isə nəticəsi ləğv edilib.

Bakupost.az xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27 929 abituriyentdən (I qrup üzrə 22 889 nəfər, IV qrup üzrə 5 040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar